Azərbaycan Premyer Liqasında XXV tura start verilib. “Sabah” bu turda səfərdə “Qarabağ”la heç-heçə edib (1:1). Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
İlk növbədə, “Qarabağ”ı layiq olduğu çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm aşkar şəkildə ən güclü komanda idi. Oyuna gəldikdə isə, matçın böyük hissəsində rəqib bizdən daha yaxşı təsir bağışlayırdı. Lakin rəqib meydanda azlıqda qaldıqdan sonra vəziyyət dəyişdi. Bundan sonra oyuna biz nəzarət etməyə başladıq və qol vurduq. Futbol həm də bu tərəfi ilə gözəldir. Bir hərəkət oyunun gedişatını dəyişə bilir. Düşünürəm ki, matç azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi. Fikrimcə, hər iki komanda nəticədən razı qaldı.