AFFA-nın təşkil etdiyi U-15 Liqasında mövsümə yekun vurulub. “Sabah” son turda “Şamaxı”nı Elgün İsaqov, İbrahim Xəlilov və Sakit Məmmədovun qollarıyla 3:0 hesabıyla məğlub edib. Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran U-15 komandamız mövsümü çempion kimi başa vurub.
Qeyd edək ki, bir neçə gün öncə U-16 komandamız da öz liqasında çempion olmuşdu.