Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. “Sabah” bu turda səfərdə “Səbail”ə qalib gəlib (0:2). Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Oyuna nəzarəti biz edirdik. Bu stadionda oynamaq hər komanda üçün asan deyil. Bütün 90 dəqiqə motivasiyanı qoruyub saxlamaq lazım idi. Əldə etdiyimiz qol fürsətlərindən tam yararlana bilmədik. Lakin əsas odu, bu gün 3 xal qazandıq”.