Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. “Sabah” bu turda səfərdə “Səbail”i 2:0 hesabıyla məğlub edib. “ASCO Arena”da keçirilən matç futbolçularımız Boyan Letiç və Lukas Rangel üçün əlamətdar olub. Belə ki, hər iki oyunçu “Sabah”da ilk qollarını vurublar.
Boyan buna komandada 9-cu, Lukas isə 6-cı oyununda nail olub.
Qeyd edək ki, Letiç “Səbail”lə oyunun 15-ci dəqiqəsində komandamızı hesabda önə keçirib, Rangel isə görüşün 37-ci dəqiqəsində fərqlənərək matçda son nöqtəni qoyub.