“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində təşkil edilən “Shota Cup 2022” turnirində iştirak edib. U-11 qrupda keçirdiyi ilk oyunda yerli “Tbilisi 35” komandasına məğlub olub (1:2). Digər görüşlərində qalib gələn “Sabah” qrup mərhələsini ikinci pillədə başa vurub. Qrup ikincilərinin üz-üzə gəldiyi “Golden League” matçında “Saburtalo” ilə qarşılaşan təmsilçimiz qolsuz heç-heçə başa çatan görüşün penaltilər seriyasında məğlub olaraq (2:4), yarışı ikinci pillədə başa vurub.

Komandamızın qapıçısı Hüseyn Zeynalov turnirin ən yaxşı qolkiperi seçilib.

“Shota Cup 2022”-nin “Brilliant League” matçının qalibi isə ölkəmizin turnirdəki digər təmsilçisi “Vətən” olub. Təbrik edirik!

“Sabah”ın “Shota Cup 2022”-də keçirdiyi bütün oyunlar: 

“Sabah” – “Tbilisi 35” 1:2

Qol: Həsən Ramazanov. 

“Sabah” – “Ekzos” 7:0

Qollar: Həsən Ramazanov (2), Rasim Cavadov (2), Ülvi Əlizadə, Murad Məmmədzadə, Əli Hacıyev. 

“Sabah” – “Rustavi” 5:0

Qollar: Həsən Ramazanov (2), Ülvi Əlizadə (2), Murad Məmmədzadə. 

“Sabah” – “Champions Tbilisi” 5:1

Qollar: Murad Məmmədzadə (2), Ülvi Əlizadə, Həsən Ramazanov, Əli Hacıyev. 

Golden League 

“Sabah” – “Saburtalo” 0:0 pen-2:4