Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub. “Sabah” bu turda evdə “Sumqayıt”la qarşılaşıb (2:2). Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Avrokuboklara vəsiqə şansımız olduğundan komandanın üzərində bir qədər təzyiq var idi. Ola bilsin, buraxdığımız səhvlər bu amillə bağlıdır. Komandama iradım yoxdu. Meydanda 9 nəfər qaldıqdan sonra belə hücum edirdik və oyuna əlavə edilmiş vaxtda hesabı bərabərləşdirə bildik. Lakin bu gün qalib gəlmək istəyirdik. Həddindən artıq lazımsız səhvlər buraxdıq. Komandada kimisə günahlandırmaq çətindi”.