Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub. “Sabah” bu turda evdə “Sumqayıt”la heç-heçə edib (2:2). Bu görüş komandamızın ukraynalı vingeri Aleksey Kaşuk üçün əlamətdar olub.

Belə ki, 21 yaşlı futbolçu qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə fərqlənərək, komandamızda ilk qoluna imza atıb. Kaşuk buna “Sabah”da 7-ci matçında nail olub.