Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub. “Sabah” son turda səfərdə “Qəbələ” ilə heç-heçə edib (1:1). Matçdan sonra məşqçimiz Artur Olenin fikirlərini bildirib:
“Bu oyunda əsas heyətin bir neçə üzvünün xidmətindən məhrum idik. Bu da oyunumuza təsir etdi. Bilirdik ki, “Qəbələ” orta və irəli xətdə yaxşı oyun sərgiləyir. Buna görə, dəqiq və səhvsiz oynamalı idik. Lakin oyun ərzində bir neçə səhvə yol verdik. Oyun intizamı da ən yaxşı səviyyədə deyildi. Standart vəziyyətdən qol buraxdıq, buna baxmayaraq, hesabı bərabərləşdirməyi bacardıq. Başqa qol imkanlarımız da var idi. Ancaq dəyərləndirə bilmədik və matç heç-heçə bitdi”.