“Sabah” müdafiəçi Boyan Letiçlə yeni müqavilə bağlayıb. Bosniya və Herseqovinadan olan futbolçu ilə yeni müqavilənin müddəti 1+1 ildir.
Letiç bu ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. 29 yaşlı müdafiəçi cari mövsümdə 11 oyun keçirib, 1 qola imza atıb.