“Sabah” FK Şpiro Periçiçlə yollarını ayırıb.
28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Şpiro 2021-ci ilin avqust ayından komandamızın üzvü idi.
Periçiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.