“Sabah” FK Xulio Rodriqeslə yollarını ayırıb. Paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Xulio 2020-ci ilin yanvar ayından “Sabah”da çıxış edirdi.

Rodriqesə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.