Bu gün AFFA-nın binasında aşağı yaş qrupları üzrə liqalarda 2021/22-ci il mövsümünün mükafatlandırma mərasimi keçirilib.

“Sabah”ın mövsümü birinci pillədə başa vurmuş U-15 və U-16 komandalarımıza çempionluq kuboku və qızıl medallar, Gənclər Liqasını üçüncü pillədə başa vurmuş U-19 komandamıza isə bürünc medallar təqdim edilib.

U-15 komandamızın üzvü Babamirzə Mehdiyev və U-19 komandamızın futbolçusu Xəyal Əliyev öz liqalarının ən yaxşı futbolçusu seçiliblər.