“Sabah” FK Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb. 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.

Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandamızın heyətində ümumilikdə 36 oyun keçirib.