Əfsanəvi qanalı futbolçu Maykl Essyen akademiyamızın qonağı olub. Ulduz futbolçu U-10 və U-12 komandalarımızın Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçularımıza sürpriz edib.
Görüş zamanı Essyen akademiyamızın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
Daha sonra azyaşlı futbolçularımız arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyamızın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.