AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10 Liqasına yekun vurulub. Həlledici görüşdə “Neftçi”ni 3:2 hesabı ilə məğlub edən “Sabah” mövsümü çempion kimi başa vurub.

Matçda komandamızın qollarına Yusif Ağayev (2) və Süleyman Qafarzadə imza atıblar.

Qeyd edək ki, U-15 və U-16 komandalarımız da mövsümü çempion kimi başa vurublar.