AFFA-nın təşkilatçılığı ilə keçirilən U-14 Liqasında mövsümə yekun vurulub. Binə qəsəbə stadionunda keçirilən final oyununda “Qarabağ”la qarşılaşan “Sabah” 3:0 hesabıyla qalib gələrək, liqanı çempion kimi başa vurub.
Oyunda qollarımıza İbrahim Xəlilov, İslam Şahgəldiyev və Museyib Bəşirov imza atıblar.
Qeyd edək ki, U-14-lə yanaşı, U-10, U-15 və U-16 komandalarımız da mövsümü qızıl medalla başa vurublar.