AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqasına yekun vurulub. “Sabah” liqanın final oyununda “Vətən”lə qarşılaşıb. Həlledici görüşdə Ülvi Əlizadə, Nihad Hüseynzadə və Kəmaləddin Qəhrəmanovun qolları ilə 3:0 hesabıyla qalib gələn komandamız liqanı çempion kimi başa vurub.

Qeyd edək ki, U-12-dən başqa, U-10, U-14, U-15 və U-16 komandalarımız da son mövsümdə qızıl medal qazanıb.