“Sabah” FK Xuan Kamara ilə yollarını ayırıb.
İspaniyalı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib. Futbolçu artıq müqavilə ilə məxsus olduğu “Yagelloniya” klubuna qayıdıb.
Xuan Kamara 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. Futbolçuya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.