“Sabah” FK-nın yay hazırlıq planı bəlli olub.

Komandamız hazırlığa iyunun 27-də Bakıda başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.

İyulun 17-də isə komandamız təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

Komandamızın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.