“Sabah” yeni mövsümün hazırlqlarına start verib.
Komandamız səhər saatlarında tibbi baxışdan keçib.
Axşam saatlarına isə Murad Musayevin yetirmələri ilk məşqinə çıxıb. Saat 18:00-da başlayan məşq “Bank Respublika Arena”nın köməkçi meydançasında baş tutub. Hazırlıqda ötən ay əməliyyat olan Tiemoko Fofana iştirak etməyib. Yeni transferlərimiz – Namik Ələskərov, Anatoli Nuriyev, Davit Volkov və Tellur Mütəllimov isə komanda ilə ilk məşqinə çıxıb.
Qeyd edək ki, təlim-məşq toplanışının Bakıda keçəcək ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.
İyulun 17-də isə komandamız təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.
Komandamızın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.