Növbəti mövsüm üçün hazırlıqları davam etdirən “Sabah”ın Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər bəlli olub.
Komandamız iyulun 9-da “Sumqayıt”la, iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək.
“Sumqayıt”la matç “Kapital Bank Arena”da, “Səbail”lə oyun isə “Bank Respublika Arena”da baş tutacaq.