“Sabah” Ceyhun Nuriyevlə müqavilə müddətini uzadıb. 21 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.

Ceyhun “Sabah”ın əsas komandasına 2020-ci ildə U-19 komandamızdan cəlb olunub. Nuriyev “Sabah”ın heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 23 oyun keçirib, 2 qola imza atıb.