Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız səfərdə “Sumqayıt”la qarşılaşıb.
“Kapital Bank Arena”da keçirilən oyunda baş məşqçimiz Murad Musayev aşağıdakı start heyətə şans verib:
Aleksandr Neçayev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Boyan Letiç, Elvin Camalov (k), Aleksey İsayev, Anatoli Nuriyev, İldar Ələkbərov, Namik Ələskərov, Davit Volkov, Ceyhun Nuriyev.
Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda komandamızın qoluna fasilədən sonra meydana çıxmış Camal Cəfərov imza atıb.
“Sabah” növbəti yoxlama oyununu iyulun 14-də “Bank Respublika Arena”da “Səbail”ə qarşı keçirəcək.