Növbəti mövsüm üçün hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Səbail”lə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç “Sabah”ın qələbəsi ilə başa çatıb – 3:1.

Matçda qollarımıza Ceyhun Nuriyev (2) və Camal Cəfərov imza atıblar.

Baş məşqçimiz Murad Musayev oyunda aşağıdakı start heyətinə şans verib:

Nicat Mehbalıyev, Tellur Mütəllimov, Hiqor Qabriel, Zurab Oçiqava, Boyan Letiç, Elvin Camalov (k), Aleksey İsayev, Ceyhun Nuriyev, Namik Ələskərov, Anatoli Nuriyev, Davit Volkov.

“Sabah” mövsümlərarası fasilədə ilk yoxlama oyununu “Sumqayıt”a qarşı keçirmişdi (1:2). Bu matçla Bakı toplanışını başa vuran komadamız, iyulun 17-də yay təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yola düşəcək.