Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” təlim-məşq toplanışının ikinci hissəsi üçün Bolqarıstana yola düşüb. Komandamız bu gün günorta saatlarında Bansko şəhərinə çatıb.
“Ağ-göylər” axşam saatlarında Bolqarıstanda ilk məşqinə çıxıb.
Qeyd edək ki, zədəli olan Tiemoko Fofana və Kristian Da Silva Banskodakı hazırlıqlara qatılmayıblar.
“Sabah”ın Bolqarıstan toplanışı iyulun 31-nə qədər davam edəcək. Komandamızın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə məlumat veriləcək.