2022/2023-cü illər mövsümü üçün oyun və məşq geyim dəstlərimizi təqdim edirik.

Yeni mövsüm üçün oyun formalarımız ağ və qara rənglərdədir.

Komandamızın ev oyunları üçün nəzərdə tutulmuş forması ağ, səfər forması isə qara rəngdədir. Səfər formasının üzərində oyunçu nömrələri, adları, klubun loqosu və titul sponsorunun adı Masazır gölünün rənginə uyğun olaraq çəhrayı rəngdə verilmişdir.

“Nike” şirkətinin istehsalı olan oyun və məşq geyim dəstlərimiz avqustun 1-dən onlayn mağazamızda satışda olacaq.

https://youtu.be/56bXcgm8los