Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı ilk rəqib bəlli olub. Komandamız İsrailin yüksək liqa təmsilçisi “Hapoel” (Hadera) ilə qarşılaşacaq.

Görüş iyulun 20-də, Bakı vaxtı ilə saat 19:30-da Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutacaq.