Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız İsrailin “Hapoel” (Hadera) klubu ilə qarşılaşıb. Sofiyada yerləşən milli komanadaların təlim-məşq bazasında keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız matçın 76-cı dəqiqəsində meydanda azlıqda qalıb. Zurab Oçiqava qırmızı vərəqə alıb.

Baş məşqçimiz Murad Musayev matçda aşağıdakı start heyətinə şans verib:

Yusif İmanov, Amin Seydiyev, Zurab Oçiqava, Con İrasabal, Boyan Letiç, Elvin Camalov (k), Anatoli Nuriyev, Ceyhun Nuriyev, Namik Ələskərov, Aleksey İsayev, Davit Volkov.