Bolqarıstanın Bansko şəhərində növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” bu gün növbəti məşqinə çıxıb. Komanda əvvəlcə məşqçilərin verdiyi tapşırıq əsasında müxtəlif təmrinləri yerinə yetirib, daha sonra isə ikitərəfli oyunda qüvvəsini sınayıb.
Qeyd edəki ki, iyulun 17-dən Banskoda hazırlıq keçən “Sabah” toplanış çərçivəsində İsrailin “Hapoel” (Hadera) komandası ilə qarşılaşıb (0:1). İyulun 31-nə kimi davam edəcək toplanışda daha 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə məlumat veriləcək.