Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama oyununu keçirib. Komandamız Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas”la qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Matçda qollarımıza Davit Volkov və Anatoli Nuriyev imza atıblar.