Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi son yoxlama oyunundakı rəqibin adına aydınlıq gəlib.
Komandamız Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşacaq. Görüş iyulun 30-da Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan komandamız bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.