Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Komandamız Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” ilə qarşılaşıb.
Baş məşqçimiz Murad Musayev matçda aşağıdakı start heyətinə şans verib:
Yusif İmanov, Bəxtiyar Həsənalızadə, Abdulaye Ba, Boyan Letiç, Amin Seydiyev, Aleksey İsayev, Ceyhun Nuriyev, Elvin Camalov (k), Coy-Lens Mikels, Namik Ələskərov, Davit Volkov.
Matç rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda komandamızın qoluna Bəxtiyar Həsənalızadə imza atıb.
Bununla da, “Sabah” Bansko toplanışını başa vurub. Sabah axşam saatlarında yola düşəcək komandamız avqustun 1-də səhər saatlarında Bakıya çatacaq.