Misli Premyer Liqasında 2022/23 mövsümünə start verilib. “Sabah” ilk turda evdə “Sumqayıt”a qalib gəlib (3:0). Baş məşqçimiz Murad Musayev matçdan sonra fikirlərini bildirib:
“Çempionatda ilk oyun həmişə həyəcanlı olur. Bu gün oyunun nəticəsindən, sərgilənən oyundan, futbolçuların matça yanaşmasından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkür etmək istəyirəm. Onlar bu gün də həmişəki kimi bizə çox yaxşı dəstək oldular”.
“Sabah” növbəti turda səfərdə “Zirə” ilə qarşılaşacaq. Matç avqustun 12-də keçiriləcək.