Misli Premyer Liqasında 2022/23-cü illər mövsümünə start verilib. “Sabah” açılış turunda evdə “Sumqayıt”la qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüş bir neçə futbolçumuz üçün əlamətdar olub.
Belə ki, yeni transferlərimiz – Abdulaye Ba, Con İrasabal, Tellur Mütəllimov, Namik Ələskərov, Anatoli Nuriyev, Emmanuel Apeh və Davit Volkov “Sabah”da ilk rəsmi oyunlarını keçiriblər. Anatoli həm də, komandamızın heyətində ilk rəsmi matçında ilk qoluna imza atıb.
Kristian Sebalyosun matçda son nöqtəni qoyduğu qol isə Premyer Liqa tarixinin yubiley – 13000-ci qolu olub.
Anatoli Nuriyev “Sabah” forması ilə ilk rəsmi oyununda fərqlənməyi bacardı.