Misli Premyer Liqasında II tura start verilib. “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən matç komandamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib. Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Çox döyüşkən oyun alındı. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bu gün komanda qətiyyətli oyun nümayiş etdirdi. Hər iki komandanın fürsətləri oldu. Lakin biz çətin anlarda oyun intizamımızı itirmədik. Bunun da sayəsində qalib gəlməyi bacardıq”.