Misli Premyer Liqasında II tura start verilib. “Sabah” bu turda səfərdə “Zirə” üzərində 3:1 hesablı qələbə qazanıb. “Dalğa Arena”da keçirilən matç futbolçularımız – Abdulaye Ba və Namik Ələskərov üçün əlamətdar olub. Belə ki, hər iki oyunçu Mərdəkandakı matçda “Sabah”da ilk qollarını vurublar. Həm seneqqallı müdafiəçi, həm də millimizin üzvü buna komandamızdakı ikinci rəsmi oyununda nail olub.
Qeyd edəki ki, Ba oyunun 5-ci dəqiqəsində matçda hesabı açıb, Namik isə 48-ci dəqiqədə qarşılaşmada yekun hesabı müəyyənləşdirib.