Misli Premyer Liqasında III tura start verilib. “Sabah” bu turda evdə “Neftçi” ilə qarşılaşıb. “Bank Respublika Arena”da baş tutan və komandamızın 2:1 hesablı qələbəsi ilə nəticələnən matç hücumçumuz Emmanuel Apeh üçün əlamətdar olub.

Nigeriyalı futbolçu matçın əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə özünün qazandığı penaltini qola çevirməklə, həm komandamıza 3 xal qazandırıb, həm də “Sabah”da qol hesabını açıb. Apeh buna 3-cü rəsmi oyununda nail olub.