Misli Premyer Liqasında III tura start verilib. “Sabah” bu turda evdə “Neftçi”ni 2:1 hesabıyla məğlub edib. Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Bu gün çox parlaq oyunun şahidi olduq. Hər iki komanda sona kimi mübarizə aparır, kompromisə getmək istəmirdi. Bütün 90 dəqiqə ərzində qələbə qazanacağımıza inamımızı itirmədik. Bu qələbə bizim üçün çox vacib idi. Həmçinin, bu gün tribunalarda çoxlu azarkeş görmək çox xoş oldu. Məncə, azarkeşlər bu gün meydanda gördükləri mübarizədən, oyundan razı qaldılar. Bizim əsas vəzifəmiz hər matçda azarkeşlərimizi öz oyunumuzla sevindirməkdir”.