Misli Premyer Liqasında IV tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan matç komanadmızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra baş məşqçimiz Murad Musayev matçla bağlı fikirlərini bildirib:
“İlk hissədə ən yaxşı oyunumuzu göstərə bilmədik. Komanda bir qədər gərgin idi. Fasilədən sonra isə yaxşı təsir bağışladıq. Düşünülmüş kombinasiyalardan sonra 2 yaxşı qol vurduq. Qalib gəldiyimiz üçün şadam”.