Misli Premyer Liqasında IV tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan və komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatan matç hücumçumuz Davit Volkov və gənc futbolçumuz Seymur Məmmədov üçün əlamətdar olub.

Belə ki, gürcüstanlı forvard Qəbələ səfərində komandamızın heyətində ilk qoluna imza atıb. Volkov buna “Sabah”dakı 4-cü rəsmi oyununda nail olub.

Seymur Məmmədov isə “Qəbələ” ilə görüşdə “Sabah”ın əsas komandasında debüt edib. 19 yaşlı yarımmüdafiəçi matçın 90+5-ci dəqiqəsində Aleksey İsayevin yerinə meydana daxil olub.