Misli Premyer Liqasında V tura yekun vurulub. “Sabah” bu turda evdə “Səbail”lə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç qolsuz bərabərliklə nəticələnib. Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Bu gün ərazi üstünlüyümüzlə keçən, çoxlu qol fürsətləri yaratdığımız bir oyun izlədik. Lakin təəssüf ki, bu fürsətlərdən yararlana bilmədik. Bu cür qapanan rəqiblərə qarşı oynamaq çətindir. Rəqib rahat oynayır və heç bir boşluq vermir. Lakin biz buna hazır olmalıyıq. Çempionatda bu cür oyunlar çox olacaq. İnanıram ki, qarşıdakı bu cür matçlarda rəqibin müdafiəsinin kilidini açmağı bacaracağıq”.