“Sabah” FK Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yarımmüdafiəçi Aleksey Kaşukun icarəsi ilə bağlı razılığa gəlib. Müqaviləyə əsasən, ukraynalı futbolçu cari mövsümün sonuna kimi komandamızın uğurları üçün çalışacaq.
Kaşuk 2021/22-ci illər mövsümündə də “Sabah”ın uğurları üçün çalışıb. 22 yaşlı yarımmüdafiəçi ötən mövsümdə komandamızın heyətində Premyer Liqada 8 oyun keçirib, 2 qola imza atıb.