AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Liqasında II tura start verilib. “Sabah”ın U-16 komandası bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən matç komandamızın 4:0 hesablı qələbəsi ilə nəticələnib. Görüşdə qollarımıza İbrahim Xəlilov (2), Anar Hüseynov və Babamirzə Mehdiyev imza atıblar.
U-16 Liqası
Turan Tovuz – Sabah 0:4
Qollar: Anar Hüseynov, 23. İbrahim Xəlilov, 36. Babamirzə Mehdiyev, 55. İbrahim Xəlilov, 85.