Misli Premyer Liqasında VI tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Qarabağ”la qarşılaşıb. “Azersun Arena”da keçirilən matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçimiz Murad Musayev matçdan sonra fikirlərini bildirib:
“Komandama bu gün sərgilədikləri xarakterə görə təşəkkür edirəm. Azlıqda qalsaq da, oyun intizamını qoruyub saxladıq. Bu cür rəqibə azlıqda iki qol vurmaq asan deyil. Təəssüf ki, hesabı qoruyub saxlaya bilmədik”.
“Sabah” Misli Premyer Liqasında növbəti oyununu evdə “Turan Tovuz”a qarşı keçirəcək. Matç sentyabrın 16-da, saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.