Misli Premyer Liqasında VII tura start verilib. “Sabah” bu turda evdə “Turan Tovuz”la qarşılaşıb. Matç komandamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib. Oyundan sonra məşqçimiz Artur Olenin fikirlərini bildirib:
“İlk öncə Azərbaycanın şəhidlərinə Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, bu baş verənlər tezliklə bitəcək. Oyuna gəldikdə isə, matç bizim üstünlüyümüz şəraitində keçdi. Topa biz daha çox sahib idik. Düzdü, heyətdə bir neçə dəyişiklik etdikdən sonra qapımızda qol gördük. Lakin buna kimi də bir neçə qol fürsətlərimiz olmuşdu. Buna baxmayaraq, hücumlarımızı davam etdirdik və penaltidən 3-cü qolu vurmağa nail olduq. Şadam ki, qalib gəldik. Komandanı qələbə münasibətilə təbrik edirəm”.