Misli Premyer Liqasında VII tura start verilib. “Sabah” bu turda evdə “Turan Tovuz”la qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən və komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyun kapitanımız Elvin Camalov üçün əlamətdar olub.

Belə ki, oyuna əlavə edilmiş 5-ci dəqiqədə rəqibin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən Elvin, Azərbaycan çempionatında ilk qoluna imza atıb.