“Sabah” FK ilə Peşəkar Futbol Liqasının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, icraçı direktoru Ramin Həsənov, idman direktoru İqor Ponomaryov, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.

Görüş zamanı ölkə futbolu ilə bağlı məsələlər müzakirə edilib, ümumi fikir mübadiləsi aparılıb.