Misli Premyer Liqasında VIII tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Şamaxı” ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən matç komandamızın minimal hesablı qələbəsi ilə nəticələnib (1:0). Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Çox çətin oyun oldu. Rəqib demək olar ki, meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Bizim üçün heç də asan olmayan oyunun son dəqiqələrində qol vuraraq qələbə qazandıq. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm. Lakin bu cür oyunlara başqa cür köklənmək lazımdır. Belə qələbələr komanda üçün psixoloji baxımdan da çox önəmlidir”.

Qeyd edək ki, 8 turdan sonra hesabında 19 xal olan “Sabah” turnir cədvəlində 2-ci pillədə yer alıb.