Misli Premyer Liqasında IX tura yekun vurulub. “Sabah” bu turda evdə “Kəpəz”i məğlub edib (5:0). Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Bu gün çox parlaq oyun gördük. Hər iki komandanın ifasında qarşılıqlı hücumlar izlədik. Yüksək pressinqdən istifadə etdik. Şadam ki, bu gün qələbə qazandıq. Rəqibi də xüsusi fərqləndirmək istərdim. Oyunun gedişini ləngitmirdilər, cəsur futbol sərgilədilər”.