Azərbaycan Kubokunun 2022/23-cü illər mövsümünün püşkü atılıb. “Sabah” ölkə kubokunun 1/8 final mərhələsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq. Kubokun ilk mərhələsi bir oyundan ibarət olacaq. Komandamız bu mərhələni keçəcəyi təqdirdə, 1/4 finalda MOİK – “Səbail” cütünün qalibi ilə qarşılaşacaq.

1/8 final mərhələsinin oyunları 22-23 noyabr, 1/4 final mərhələsinin görüşləri isə 8-9 və 19-20 dekabr tarixlərində baş tutacaq.